CAPI texnologiyası

Kompyuter üzərində qurulan fərdi müsahibə sistemi CAPI (Computer-assisted personal interviewing)  inkişaf etmiş ölkələrdə fəal istifadə olunur, Gürcüstanda isə ACT onun istifadəsinə başlayan ilk şirkətdir. Bu Gürcüstan bazarında ən mühüm innovativ texnologiyadır.

CAPI texnologiyası anketin yükləndiyi planşet kompyuterdən istifadə etməklə müsahibə aparmağa imkan verir. Cavablar da kompyuterdə qeydə alınır, bu isə onlayn rejimdə vahid məlumat bazasına ötürülür. Bu da öz növbəsində sahə işinə və işin keyfiyyətinə nəzarət etməyə, lazım gəldikdə isə düzəlişlər etməyə imkan verir.

CAPI-in əsas üstünlükləri:
•  Canlı rejimdə məlumat qeydi;
•  Ölkənin istənilən yerində araşdırma prosesini müşahidə;
•  Araşdırma prosesinə 100% nəzarət;
•  Səhvlərin/müsahibə qüsurlarının minimuma endirilməsi;
•  Maksimum keyfiyyət;
•  Xərclərin optimallaşdırılması;
•  Vaxta qənaət.

Bundan başqa CAPI-nin daha cəlbedici və üstün cəhətlərindən biri istənilən vizual materialı test etmək imkanıdır. CAPİ dinamik vizuallar, kliplər və həmçinin kommunikasiya materiallarının test edilməsi üçün idealdır. Bundan əlavə, proqram onlayn rejimdə işləyir və veb səhifələri, onlayn kontentləri test etmək imkanı verir. Əlbəttə ki, bunu internet-tədqiqatı vasitəsilə də etmək olar, amma CAPI-nin üstünlüyü bundadır ki, o internet tədqiqatda mümkün olmayan reprezentativ seçim imkanı verir.

Subscribe to our newsletter

Homepage Resurslar CAPI texnologiyası

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.