Sakinlərin bir qismi ərzağa xərcləyi pullardan xəbərsizdir

Bu aydan etibarən “ACT Azərbaycan” və qida sahəsi üzrə ixtisaslaşmış Foodinfo.az xəbər portalı birgə əməkdaşlığa başlayır. Belə ki, ayda 2 dəfə olmaqla saytda araşdırma şirkəti tərəfindən paytaxt sakinlərinin qida tərcihləri, bu sahədə davranış və bilikləri barədə aparılmış sorğu nəticələri açıqlanacaq. “ACT Azərbaycan” və Foodinfo.az-ın ilk ortaq mövzusu isə Bakı sakinlərinin bir ay ərzində ərzağa xərclədiyi pullardır.

Sorğu nəticəsində bəlli oldu ki, özünə korluq verməyi sevməyən paytaxtlılar arasında “ekonom rejim”də yaşayanlar az da olsa var. Sorğunun ərzaq üzrə “minimalist”ləri 100 AZN və daha az xərclə yaşayanlardır. Onlar 5 % təşkil edir.

Respondentlərin əksəriyyəti  isə ərzağa 101-300 AZN məbləğində xərc çəkir. Bu rəyi öyrənilmişlərin  təqribən üçdə birinin fikridir (30 %).

301-500 AZN ərzaq xərci çəkənlər sakinlərin beşdə birini (21 %) təşkil edir.

Təqribən hər 10 nəfərdən 1i (8%) ayda 501-700 AZN pulunu ərzağa ödəyir.

2% respondentin aylıq ərzaq xərci 701-900 AZN arasında dəyişir.

6% respondent isə ərzağa bir ay ərzində 900 AZN və daha çox vəsait ödəyir.

Maraqlısı odur ki, sakinlərin böyük qismi haqq-hesab məsələlərini tamamilə unudub. Belə ki, Bakı sakinlərinin  28 %-i bir ay ərzində ərzağa nə qədər pul xərclədiyindən xəbərsizdir.

food-pic-ENG

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Sakinlərin bir qismi ərzağa xərcləyi pullardan xəbərsizdir

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.