Kimin əli kimin cibində, kimin gözü kimin pulunda ?!

“Pul əl çirkidir” deyirlər. Amma “çirk”siz də yaşamaq imkansızdır. Hər kəs bir yolla yaşayışı üçün pul qazanır, qazanc əldə edir. Bəs, əli “çirk”ə çatmayanlar və ya “ayı-aya calayanlar” son bir ay müddətində borc alıbmı ?

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə biri (24 %) yaxın dost-tanışından borc aldığını bildirib. Borc alanlar əsasən kişilər olub (27 %). Zərif cinsin nümayəndələrinin beşdə biri də (21 %) son bir ayda borc almadan keçinə bilməyib.

Dost-tanış puluna ehtiyac duymayan daha çox olub (76 %). Qadınlar maliyyə işlərində daha uğurlu olublar (79 %). Kişilərin isə 73 %-i son bir ayda borc almadığını bildirib.

Borca girənlər arasında 18-24 yaş aralığındakı gənclər daha çoxdur (30 %).

Bəs borc almaq üçün Bakı əhli kimə müraciət edir ?

Sorğuda iştirak etmiş paytaxt əhlinin demək olar ki, yarısı (45 %) son bir ay ərzində borc verdiyini bildirib. Səxavət boğçasını əsasən kişilər açıb (51%). Qadınlar borc pul verməkdə güclü cinsdən nisbətən geri qalır (39 %).

Borc verməyənlər (55%) arasında qadınlar üstünlük təşkil edir (60 %). Kişilərin 49%-in  borc pul verməklə arası yoxdur.

Səxavət boğçasını açmaqda əsasən 35-44 yaş aralığındakı nümayəndələr (59%) fəaldılar.

borc verenler sekil AZE

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Kimin əli kimin cibində, kimin gözü kimin pulunda ?!

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.