Ev heyvanını sevib, amma evdə saxlamayan paytaxt sakinləri

Heyvanlar insanların ən sadiq dostlarıdır. Bakı sakinlərinin də böyük əksəriyyəti  (64 %) evdə heyvan saxlamağı sevir, amma onların çox az hissəsi (14 %) bunu edir.

Evdə heyvan saxlayan Bakı sakinləri əsasən pişiklərə üstünlük verir (48 %). İtlər pişiklərə nisbətən daha az adamın “dost”udur (36 %). Səs-küylü tutuquşuları və lal-dinməz  balıqları qəribə də olsa, eyni sayda insan saxlayır (hər biri 8 %). Gəmiriciləri sevənlər dağ siçanlarını özlərinə dost seçib (7 %). Sorğuda quşbazlar da yer alıb. Belə ki, Bakı sakinlərinin 4 %-i göyərçin, 2 %-i isə bülbül saxlayır. Tısbağa astagəlliyini bu siyahıda da göstərərək hamıdan geri qalıb (1 %).

ev heyvani sek AZE

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Ev heyvanını sevib, amma evdə saxlamayan paytaxt sakinləri

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.