Bakının yarıdan çoxu özünü dindar hesab edir

Ramazan ayının son günlərini yaşayırıq. Bakı sakinləri bu müqəddəs ayda oruc tutur, dua edir.

Rəyi öyrənilmiş sakinlərin yarıdan çoxu (69 %) özünü dindar hesab etsə də, cəmi 27%-i müvafiq dini ayinləri yerinə yetirir.

Sakinlərin 31%-i özünü dindar hesab etmir, üçdə biri (28%) isə heç bir dini ayini yerinə yetirmir.

Paytaxtlılar arasında dini rituallara qismən əməl edənlər üstünlük təşkil edir (45 %).

10 ballıq şkalaya əsasən Bakı sakinləri ortalama 5 balla dindardır. Qadınlar özlərini kişilərə nisbətən daha dindar hesab edir (6 bal).
Kişilərdə isə faiz şkalanın tam yarısını qədərdir (5 bal).

Şakalaya əsasən 18-24 yaş aralığında olan gənclər daha az dindardır (4 bal). Ən yüksək dindarlıq göstəricisi isə 35-44
yaş aralığındadır (6 bal).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

dini ayin sek AZE

Homepage İctimai rəy Bakının yarıdan çoxu özünü dindar hesab edir

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.