Bakıda həm də insanlara qarşı allergiyası olanlar yaşayır

Yazın gəlişi ilə havaların isinməsi əhvalımızı necə düzəldirsə, bitkilərin tozcuqlarının ətrafa yayılması səbəbindən allergiyanın fəallaşması bir o qədər də kefimizə soğan doğrayır.

Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, məişət tozuna, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər.

Sorğu nəticəsində bəlli oldu ki, respondentlərin  28 %-i müxtəlif səbəblərdən  allerqiyadan əziyyət çəkir.

Maraqlısı odur ki, 9% respondent allerqiyasının olduğunu, amma hansı səbəbdən yarandığını bilmədiyi halda, 2 % respondent insanlara qarşı allerqiyasının olduğunu dəqiq bilir.

Ümumilikdə isə respondentlər ən çox məişət tozuna qarşı allerqiyadan əziyyət çəkir (39 %). Qida məhsullarına qarşı həssaslığı olanlar sorğu nəticələrinin təqribən dördə birini (27 %) təşkil edir. Hər on respondentdən birinin dərmana allerqiyası var (11 %). Meyvə-tərəvəzə qarşı həssas olanlar nisbətən azdır (9 %). Gül-çiçək qoxusuna və günəşə həsrət qalanlar sorğuda müvafiq olaraq 8 və 7 % səs toplayıb.

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

 

allergiya sek AZE

Homepage İctimai rəy Bakıda həm də insanlara qarşı allergiyası olanlar yaşayır

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.