Bakıda “Dizi”lər daha sevilir

“Santa Barbara”, Mehriban düşmən”, “Qvadelupe”, “Klon”, daha sonralar “Aşka sürgün”, “Fatmagülün suçu ne”, “Binbir gece”, “Aşk-ı memnu”… Bu seriallara bax-baxa neçə nəsil böyüyüb, neçə nəsil dünyasını dəyişib. Amma serialların həyatımıza, məişətimizə təsiri danılmazdır. Bəs paytaxt əhli seriallara baxırmı ?

Sorğu nəticəsində bəlli oldu ki, seriala baxmaq məsələsində Bakı sakinləri 2 cəbhəyə bölünür. Üstünlük baxanların tərəfindədir (54 %). Sayı-hesabı bəlli olmayan seriallara baxanların böyük əksəriyyəti qadınlardır (74 %). Kişilər üçün seriallar o qədər də maraqlı deyil. Odur ki, güclü cinsin nümayəndələri seriallara baxmamağı üstün tutur (67 %).

Serialsevərlər Türkiyə istehsalı olan “dizilər”i daha çox izləyir (72 %). Yerli serialları izləyənlər təxminən 2 dəfə azdır (38 %). Rusiya istehsalı olan seriallar da Azərbaycan seriallarına 2 dəfə az səslə “uduzur” (17 %). Bollivudun ulduzlarını bəyənənlər sorğuda 6 % səs toplayıb.”Qvadelupe” və “Mehriban düşmən” kimi Latın Amerika serialları bəyənib izləyənlər isə 5%-dir.

Capture

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Bakıda "Dizi"lər daha sevilir

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.