Bakı sakinlərinin böyük əksəriyyəti kişilərin xəyanətinə qarşıdır

Bir çox qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsi problemi ilə üzləşir.Bəzən seçdiyi qadın gözəl, ağıllı, özünə baxımlı və diqqətli olsa belə, kişi yenə də “əyri” yola meyl edir.

Bəs, şəhər əhlinin xəyanət edən kişilərə münasibəti necədir? Bakı sakinləri arasında keçirdiyimiz növbəti sorğunun mövzusu bu oldu.

Kişilərin “sola getmə”sini bəyənməyənlər üstünlük təşkil etdi (89%). Həm qadınlar (93 %), həm də kişilər (83%) güclü cinsin xəyanətinə qarşı çıxıb.

Sorğuda xəyanətə haqq qazandıranlar da tapılıb (6%). Xəyanətə müsbət yanaşanların 3%-ni qadınlar təşkil edib. Kişilərin 9%-i isə həmcinslərinin hərəkətində mənfi hal tapmayıb.

Xəyanətin dəyərləndirilməsinin vəziyyətə görə dəyişdiyini deyənlər 5 %-dir. Belə fikirləşənlər arasında kişilər daha çoxdur (8%). Qadınların isə 3 %-i xəyanəti şərtlərə görə dəyərləndirir.

kisi xeyaneti sekil AZE

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Bakı sakinlərinin böyük əksəriyyəti kişilərin xəyanətinə qarşıdır

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.