Bakı sakinlərinin beşdə biri yerli TV aparıcılarını tanımır

Ötən həftə yadda qalan hadisələrlə bol oldu. Əsas hadisələrdən biri də Azərbaycanda televiziyanın yaranmasının 61 və radionun yaranmasının 91 yaşı tamam olmasıydı. Qeyd edək ki, Azərbaycan radiosu fəaliyyətə  1926-cı il noyabrın 6-da başlayıb. Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

Bəs Bakı sakinləri yerli TV kanalları izləyirmi ? Onların sevimli aparıcıları kimlərdir ?

Mövzu ilə bağlı fikri öyrənilmiş 400 respondentin beşdə biri (20%) qəribə olsa da, yerli televiziya kanallarının simalarını tanımadıqlarını bildiriblər. Sualı cavablandırmaqda çətinlik çəkənlər də yetəri qədərdir (18 %).

Televiziya ulduzlarını bəyənənlərin seçimləri belədir :

  • Zaur Baxşəliyev – 12 %
  • Zaur Kamal – 5 %
  • Mətanət Əliverdiyeva – 4 %
  • Xoşqədəm Hidayətqızı – 4 %
  • İlkin Həsəni – 2 %
  • Afaq Gəncəli – 2 %
  • Vüsalə Əlizadə – 2 %

beyenilen tv aparicilar

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

 

Homepage İctimai rəy Bakı sakinlərinin beşdə biri yerli TV aparıcılarını tanımır

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.