Bakı sakinləri komediya janrında çəkilmiş filmləri seçir

“Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib”. Bəs Bakı sakinləri bu qəliz və vacib məsələyə necə baxır ? Paytaxt əhlinin sevimli film janrı hansıdır ?

Bakı sakinləri daha çox gülməyi sevir. Belə ki, sorğu iştirakçılarının 4-də 1-i (24 %) komediya janrında çəkilmiş filmləri izləyir. Dinamikasevərlər və romantiklər eyni saydadılar. Belə ki, döyüş motivli və romantik sevgi filmlərini rəyi öyrənilənlərin təxminən 5-də 1-i bəyənir (hər biri 19 %). Tarixi süjet xətti olan filmlər də Bakı sakinlərinin maraq dairəsindədir (16 %). Sorğuda cəsarətli respondentlər nisbətən azlıq təşkil edib. Çünki rəyi öyrənilmiş hər 10 nəfərdən yalnız 1-i qorxu filmlərini izləyir (10%). Nostalji hisslərlə yaşayanlar da bu sorğuda yer alıb. Onların izlədiyi sovet istehsalı filmlər sorğuda 8 % səs toplayıb.  Kriminal motivli filmləri sevənlər eyni saydadır (8 %). Drama həvəskarları isə digərlərinə nisbətən azdır (7 %). 5 % respondent üçün fantastik filmlər daha cəlbedicidir.

Rəyi öyərnilmiş respondentlərdən hər 10 nəfərdən 1-i isə ümumiyyətlə film seyr etmir.

film sekil AZE

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Bakı sakinləri komediya janrında çəkilmiş filmləri seçir

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.