Bakı sakinləri kişilərin doğuşa qatılmasına qarşıdır

2007-ci ildə səhiyyə nazirinin əmri ilə Azərbaycanda da doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir və xidmət tamamilə pulsuzdur. Bəs Bakı sakinləri gələcək ataların doğuşda iştirakına necə baxır ?

Respondentlərin böyük əksəriyyəti kişilərin doğuşa qatılmasına əleyhinədir (62 %). Bu addım xüsusilə bəylər tərəfindən bəyənilmir (69 %).

Bununla belə, rəyi öyrənilmiş paytaxt əhlinin beşdə biri kişilərin xanımları ilə birlikdə doğuşa girməsini dəstəkləyir (21 %). Xüsusilə xanımlar bəylərini çətin anda yanlarında görmək istəyir (33 %).

Məsələni yaranmış vəziyyətə görə dəyərləndirənlər sorğuda 13 % səs toplayıb.

4% respondent sualı cavablandırmaqda çətinlik çəkib.

az

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy Bakı sakinləri kişilərin doğuşa qatılmasına qarşıdır

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.