100 kişidən 2-si, 100 qadından isə 1-i qadın xəyanətinə haqq qazandırır

Xəyanət deyəndə əsasən kişilərin xəyanəti ağıla gəlir. Amma
bu gün kişi xəyanəti qədər qadın xəyanəti də var. Bəs, cəmiyyət qadın xəyanəti barədə nə düşünür ? Bu sualla 400 Bakı sakininə  müraciət etdik.

Rəyi öyrənilmişlərin böyük əksəriyyəti xəyanəti zərif cinsə yaraşdırmır (96 %). Xüsusilə qadınlar həmcinslərinin xəyanətinə pis yanaşır (98 %). Kişilərin isə 94 %-i qadın xəyanətinə qarşıdır.

3 % respondent üçün hər şeydən öndə şərait və şərtlər gəlir. Xüsusilə kişilər qadınların xəyanətini vəziyyətə görə dəyərləndirməyin tərəfdarıdır (4 %).

Xanımların xəyanətinə yaxşı yanaşanlar cüzi də olsa, var (1 %). Qadınların 1%, kişilərin isə 2%-i xanımların xəyanətini yaxşı qarşılayır.

kisi xeyaneti sekil AZE

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Homepage İctimai rəy 100 kişidən 2-si, 100 qadından isə 1-i qadın xəyanətinə haqq qazandırır

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: aze@act-global.com

© 2016 ACT. All Rights Reserved.