Qiymət dəyişkənliyi

Qiymət strategiya və taktikasının müəyyənləşdirilməsi marketoloqların müstəsna hüququdur. Qiymətlə bağlı tədqiqatlar marketoloqlara məhsulla bağlı optimal qiymət təyin etməkdə yardım edir. Qiymət elastikliyi bazarın faizlə təyin olunan qiymətlərdə baş verən cüzi dəyişikliklərə verdiyi reaksiyanı ölçür.

Əgər siz məhsulun qiymətini artırmağı düşünürsünüzsə, onda bu indeks sizə gözləntiləri əvvəlcədən xəbər verəcək – ya tələbat dəyişməz qalacaq, ya da kəskin şəkildə aşağı düşəcək. Əgər bazarda qiymətlərin dəyişməsinə reaksiya sıfra bərabər olacaqsa, bu o deməkdir ki, tələbat dəyişik deyil. Əgər qiymətdə cüzi dəyişiklik belə tələbatın əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaqsa, onda tələbat elastikdir və qiymətin müəyyənləşdirilməsi xüsusi ehtiyatla edilməlidir.

Elastiklik göstəricisini real göstəricilərin və sınaq bazarının göstəricilərinin təhlili yaxud gələcək üçün istehlakçı əhval-ruhiyyənisinin öyrənilməsi vasitəsilə təyin etmək mümkündür. “ACT” sizə hipotetik qiymət ssenariləri vasitəsilə istehlakçıların münasibətini öyrənməklə elastikliyin araşdırılmasını təklif edir. Bu yanaşma yalnız sizin qiymətlərin dəyişmə çarpazlığını deyil, rəqib məhsulları da öyrənmək imkanı verir.


Other Services you might be interested in

Subscribe to our newsletter

Homepage Biznes istiqamətlər Qiymət dəyişkənliyi

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.