Xidmət üzrə monitorinq

Xidmət sahəsində fəaliyyət göstərən uğurlu şirkətlər üçün xidmət keyfiyyətinin qiymətləndirilməsi artıq çoxdan zərurətə çevrilib. Heç kim üçün yenilik deyil ki, xidmət üzrə müntəzəm monitorinq,  xidməti personalın qiymətləndirilməsiylə yanaşı həm də xidmət keyfiyyətinin qorunması və yaxşılaşdırılması vasitəsidir.

Xidmət keyfiyyətinin ən dəqiq barometri “gizli alıcı” tədqiqatı sayılır. Bu zaman əvvəlcədən müəyyən edilmiş parametrlər əsasında razılaşdırılmış ssenari üzrə müşahidəçilər, real müştəri şəklində obyektlərə gəlir və xidmətin müxtəlif aspektlərini qiymətləndirirlər.

ACT Gürcüstanda “gizli alıcı” metodologiyasının pioneridir. ACT artıq 15 ildir ki, gizli alıcıların Ümumdünya assosiasiyasının üzvü kimi yerli və beynəlxalq şirkətlər üçün birdəfəlik və ya uzunmüddətli “gizli alıcı” layihələri həyata keçirir. ACT təkmilləşdirilmiş xidmət keyfiyyətindən irəli gələn müsbət müştəri təəssuratı ilə qürur duyur.

Müştərilərlə bərabər ACT şirkəti özü də xidmət səviyyəsini təkmilləşdirir və hal- hazırda müştəriyə sadə və rahat proqram təminatı təklif edir.


Other Services you might be interested in

Subscribe to our newsletter

Homepage Biznes istiqamətlər Xidmət üzrə monitorinq

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.