İstehlakçı davranışı və anlayışları

İstehlakçıların arzu və davranışları barədə nə qədər çox məlumatınız olsa, onlarla münasibətiniz bir o qədər də uğurlu alınacaq. İstehlakçı davranışı, motivasiyası, imtiyaz və münasibətləri haqqında məlumatlı olmaq istehlakçıları maksimal dərəcədə cəlb edəcək məhsul yaradılmasında yaxud  kommunikasiya qurmaqda sizə kömək edəcək.

ACT sizə müştərilərinizin nə istədiyini, necə davrandığını, davranışına dərindən yaxud səthi təsir edən faktorları və onun gələcəkdə necə davrana biləcəyini  anlamağa kömək edir. Küçədə, ofisdə, evdə, ticarət mərkəzində, bir sözlə, müştərinizin olduğu hər yerdə biz onun istək və arzularını da öyrənirik. Bundan başqa sizə maraqlı olacaq məhsulların  istehlakı prosesində müştərilərin  motivasiyası və qarşılarına çıxan maneələri tədqiq edirik.

Bu xidmətin cavab verdiyi konkret suallar aşağıdakı kimidir:

  • Alıcı davranışı təşəbbüsü necə baş verir?
  • Alış prosesinə kim iştirak edir və rolu nədən ibarətdir?
  • İnformasiyanın alınması harada baş verir?
  • Məhsul seçimi necə baş verir?
  • Məhsulun alınması hansı qaydalar/hansı həcmdə/hansı kanallar vasitəsilə həyata keçirilir?
  • Məhsulun alınması hansı hallarda/hansı məqsədlə həyata keçirilir?
  • Alış üçün əsas motivatorlar və maneələr nələrdir?
  • Məhsulla ən yaxşı münasibəti nə yaradır?

Other Services you might be interested in

Subscribe to our newsletter

Homepage Biznes istiqamətlər İstehlakçı davranışı və anlayışları

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.