Məhsulun inkişafı

İstehlakçının nəyi bəyənəcəyini intuisiyaya güvənib təxmin eləmək olar. Lakin  dünya statistikasını nəzərə alsaq, yeni məhsulların 80%-i istehsal olunduqdan  1 il sonra bazarda “gözdən itir”. Bu gün müştəriyə yalnız xüsusi funksional və ya emosional imkanlar təqdim edən məhsullara şans verilir.  Belə məhsulların yaradılması isə daha aydın yanaşmalar yaxud daha dəqiq hesablamalar tələb edir.

АСТ məhsulla bağlı  istənilən mərhələdə – konsepsiyanın və ya yeni məhsulun hazırlanması, mövcud məhsulun təkmilləşdirilməsi, marketinq qarışığı yaxud promo ideyanın hazırlanması prosesində məhsulun araşdırması istiqamətində sizə geniş şaxəli xidmətlər təklif edir.

Məhsulun hazırlanma/dəyişiklik mərhələsində araşdırma aparmaq sizə müştərinin ehtiyaclarına tam uyğun şəkildə məhsul yaratmaqda, onun inkişafı üçün effektiv strategiyanın hazırlanmasında və uğur qazanma ehtimalını artırmaqda kömək edəcək.

Konsepsiyanın birgə araşdırması, məhsul göstəriciləri və marketinq miksi olan məhsulların potensialının araşdırılması daha dəyərlidir. Onlar  investisiyanın nə dərəcədə uğurlu olmasını ilkin qiymətləndirməyə imkan verir. Marketinq riskləri şirkət üçün baha başa gəlir, buna görə də məhsulun potensial ilkin qiymətləndirilməsi biznes qərarlarının uğurlu qəbul edilməsi üçün ən vacib ilkin şərtlərdən biridir.

Kommunikasiya kampaniyasının effektivliyi

  • Kampaniyanın ən çox hansı komponenti hədəf seqmentinə daha çox təsir/effekt göstərib;
  • Kampaniya məhsul/şirkət haqqında düzgün assosiasiya yaradırmı ;
  • Kampaniya vəhdət halında işə yaradımı;
  • Hansı kommunikasiya kanalı/komponenti ən effektiv idi

Məhsulun sınaqdan keçirilməsi

  • Məhsulun əsas üstünlük və çatışmazlıqları nələrdir;
  • Məhsulun hansı göstərici onun qəbul edilməsinə/alınma qərarına təsir göstərir;
  • Şirkət olaraq məhsulun hansı xarakteristikası müştərilər üçün cəlbedici ola bilər;

Qablaşdırmanın qiymətləndirilməsi

  • Qablaşdırma istehlakçı üçün nə qədər cəlbedici və rahatdır;
  • Qablaşdırma məhsul haqqında necə rəy yaradır;
  • Qablaşdırma müştəridə məhsulu alma istəyi yaradırmı;

ACT məhsulunun potensial indeksi

  • Təklif olunan məhsulun konsepsiyası, adı, qablaşdırması, qiyməti nə qədər maraqlıdır;
  • Sözügedən konsepsiya, ad, qablaşdırma, qiymətdə  olan məhsuldan necə satış gözləmək olar;
  • Hansı amillər məhsulun alınmasına təsir edir və stimullaşdırır ;

Other Services you might be interested in

Subscribe to our newsletter

Homepage Biznes istiqamətlər Məhsulun inkişafı

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.