Eye Tracking texnologiyası

“Eye Tracking” ən qabaqcıl, sürətli və dəqiq vizual tədbiqdir. Bu tədbiq  texnologiya konsepsiyasını və istənilən növ vizual materialı qiymətləndirməyə imkan verir:

— Çapetmə
— Rəqəmsal reklam
— Televiziya elanları
— Küçə reklamı
— Veb saytlar
— Məhsulun qablaşdırılması
— Rəflər

Portativ avadanlıq istər laboratoriyada, istərsə də birbaşa satış nöqtələrində araşdırma aparmaq imkanı verir. «Eye Tracker» eynəkləri infraqırmızı texnologiya ilə təchiz edilib ki, bu da diqqəti respondentin gözünə cəmləməyə və gözünün hərəkətini, göz bəbəyinin genişlənməsi və digər şüuraltı reaksiyaları qeydə almağa imkan verir. «Eye Tracking» texnologiyası yalnız elanlarda yaxud məhsulların üzərində daha çox nəzərə çarpan obyektləri deyil, həmçinin respondentdə yaranan  emosional cavabları da ölçür.

Bu texnologiyanın köməyilə ACT təklif olunan vizual effektlər vasitəsilə emosional cavabı dəqiq proqnozlaşdıra və qiymətləndirə bilir. Bu da öz növbəsində sifarişçiyə obyektiv məlumatlar əsasında qərar qəbul etməyə kömək edir. Həmçinin reklam və kommunikasiya kampaniyalarının effektivliyini artırmaqda yardım edir.

«Eye Tracking» bir çox dünya brendlərində geniş istifadə olunur. O cümlədən : Coca-Cola, McDonalds, Google, Microsoft, Intel, Disney, Toyota, Gillette, Nestle və sair. ACT yerli bazarda bu texnologiyanın eksklüziv sahibidir.

Homepage Uncategorized Eye Tracking texnologiyası

Contact

Bakı ofisi
Address: Caspian Plaza III, 12. mərtəbə, Cəfər Cabbarlı küç. 44,
Bakı, Azərbaycan
Tel: +994 12 55 55 125
E-mail: az@act-global.com

© 2016 ACT. All Rights Reserved.